• Bakı 17° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Gimnast: "Uzun müddət idi ki, Gəncədəki yarışa hazırlaşırdım"

İDMAN

11 Noyabr 2025 | 15:48

Gimnast: Uzun müddət idi ki, Gəncədəki yarışa hazırlaşırdım

Türkiyəli gimnast Furkan Saylan Gəncədə keçirilən gənclər və 15 yaşadək aerobika gimnastikası üzrə Avropa çempionatına uzun müddət hazırlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında adıçəkilən idmançı özü deyib.

Qitə birinciliyinin üçlük proqramı üzrə yarışda qızıl medal qazanan gimnast nəticəyə görə xoşbəxt olduğunu bildirib:

"Avropa çempionatına hazırlıq dönəmində müəyyən çətinlik yaşadıq. Şükürlər olsun ki, sonda nəticə istədiyimiz kimi oldu. Komanda yoldaşlarımı da təbrik edirəm. Bizə dəstək olan məşqçilərimizə və ailə üzvlərimizə təşəkkür edirik. Uzun müddət idi ki, Gəncədəki yarışa hazırlaşırdım".

Qeyd edək ki, Avropa çempionatında ümumilikdə 20 ölkədən, 380 gimnast iştirak edir.


SON XƏBƏRLƏR