• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Gölün kənarında silah-sursat tapıldı

CƏMİYYƏT

11 Dekabr 2021 | 12:44 | Müəllif: Subhan Mahmudov

Gölün kənarında silah-sursat tapıldı

Qubada silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a bildirildiyinə görə, Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Dağlı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı Quba-Qusar yolunun sol tərəfində yerləşən “Gülüstan” gölünün kənarından ağ polietilen kisəyə bükülmüş 2 ədəd 16 kalibrli qoşalüləli tüfəng, 1 ədəd ov tüfənginə məxsus lülə və 81 ədəd avtomat patronu aşkar edərək götürüblər.

Bundan əlavə olaraq RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən rayon sakini İzzət Əhmədova məxsus avtomobildən 1 ədəd sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026