• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Goranboyda 104 və 106 yaşlı seçicilər səs verdilər - FOTOLAR

CƏMİYYƏT

07 Fevral 2024 | 17:29

Goranboyda 104 və 106 yaşlı seçicilər səs verdilər - FOTOLAR

104 yaşlı Goranboy sakini bu gün keçirilən növbədənkənar prezident seçkilərində səs verib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Düzqışlaq kənd sakini, 1920-ci il təvəllüdlü Musayeva Alya Vəli qızının fiziki məhdudiyyəti olduğuna görə, evinə daşınan seçki qutusu aparılıb. 104 yaşlı Alya Musayeva evində səs verib.

    Alya Musayevanın səs verdiyi 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 43 saylı məntəqəsində 773 seçici qeydiyyatdadır.

    Rayonun Faxralı kənd sakini, 106 yaşlı Qəhrəmanova Həvva Yunis qıznın evinə isə qeydiyyatda olduğu 45 saylı məntəqənin əməkdaşları tərəfinfən daşınan seçki qutusu aparılıb. 1918-ci il təvəllüdlü Həvva Qəhramanova evində səs verib.


    Goranboyda 104 və 106 yaşlı seçicilər səs verdilər - FOTOLARGoranboyda 104 və 106 yaşlı seçicilər səs verdilər - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026