• Bakı 21° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Goranboyda minlərlə çətənə kolu məhv edildi

CƏMİYYƏT

23 Iyun 2023 | 12:07

Goranboyda minlərlə çətənə kolu məhv edildi

Goranboyda üç tona yaxın yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zeyvə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 2 ton 482 kiloqram olan, 4850 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026