Goranboy rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.
“VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində dünyasını dəyişib.
Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.(report)















