• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bakıda yaşayış binasında yanğın - Xəsarət alan var

HADİSƏ

16 Iyul 2021 | 12:24

Bakıda yaşayış binasında yanğın - Xəsarət alan var

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyi məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 44 kvadratmetr olan ikiotaqlı mənzilin eyvanının yanar konstruksiyaları 8 kvadratmetr sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR