• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Gözlərimizi necə qoruyaq? – BUNLARI EDİN

CƏMİYYƏT

12 Iyun 2024 | 12:24

Gözlərimizi necə qoruyaq? – BUNLARI EDİN

21-ci əsr bəşəriyyətə daha uzun və sağlam həyat gətirib. Bununla belə, yaşlıların xəstəlikləri də artıb.

Bakıvaxtı.az xəbər verir ki, qocalığın ən çox rast gəlinən xəstəliklərindən olan kataraktaya (göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyi – red.)  qarşı xəbərdarlıq edən mütəxəssislər yay aylarında gözləri günəşdən qorumağın vacibliyinə diqqət çəkiblər.

Bəs, göz xəstəliklərindən necə qorunmaq olar?

Kataraktın qarşısını almaq və inkişafını yavaşlatmaq üçün bəzi tədbirlər görmək mümkündür.

Bakıvaxtı.az bu tədbirlərin bəzilərini təqdim edir:                            

  - UV örtüklü eynək və ya günəş eynəyi taxaraq özünüzü günəşdən qoruyun.    

  - Kortizon istifadəsinə diqqətli olun və mümkün olduğu qədər ondan uzaq durun.

-  Diabet xəstələrinin qan şəkəri səviyyəsini aşağı saxlamaq lazımdır.

- A vitamini,C vitamini və karotenoidlərlə zəngin qidalar (bibər,brokoli,qovun, kök,portağal,ispanaq, pomidor,qarpız) yemək.

- Bura siqaret çəkməmək və çox spirtli içki qəbul etməmək də daxildir.

Könül Mürsəliyeva

BDU tələbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR