• Bakı 24° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Güclü külək Bakıda 11 məktəbə ziyan vurdu

HADİSƏ

11 Noyabr 2021 | 10:47

Güclü külək Bakıda 11 məktəbə ziyan vurdu

Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtın bəzi ümumi təhsil məktəblərinin (39, 113,167, 173, 186, 204, 260, 265, 298, 314, 319) dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranıb, ağacların aşması, budaqların qırılması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

Bakı Şəhəri Təhsil İdarəsindən Bakıvaxtı.az-a bildirib ki, müvafiq mütəxəssislər məktəblərdə olub, ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Qeyd olunub ki, hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək: "Həmçinin paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026