• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Erməni hərbçilər arasında silahlı İNSİDENT - Ölən və yaralananlar var

HADİSƏ

11 Dekabr 2021 | 10:04 | Müəllif: Subhan Mahmudov

Erməni hərbçilər arasında silahlı İNSİDENT - Ölən və yaralananlar var

Ermənistanda hərbi hissədə atışma olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb.

Qurumdan verilən məlumata görə, əsgərlərin bir-birinə atəş açması nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.

“Dekabrın 10-da saat 19:30 radələrində cənub istiqamətindəki hərbi hissələrdən birində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, 19 yaşlı Senik Aşotoviç Arzumanyan xidmət yoldaşı tərəfindən odlu silahdan güllələnərək öldürülüb”, - Müdafiə Nazirliyi xəbər verib.

Bildirilir ki, daha iki hərbçi yaralanıb, onların həyatına heç bir təhlükə yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026