• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Güclü külək Bakıda 16 ağacı aşırıb

HADİSƏ

03 Iyun 2025 | 10:48

Güclü külək Bakıda 16 ağacı aşırıb

Dünən axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Report"a bildirilib ki, güclü külək nəticəsində ağacaşma halları ilə bağlı 50 ünvandan müraciət daxil olub.

Müraciətlərin 16-sı ağacların kökündən aşması, digərləri isə iri budaqların qırılması ilə əlaqədar olub.

Birlik əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib, fəsadlar aradan qaldırılıb.

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR