• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güclü külək əsir - FAKTİKİ HAVA

CƏMİYYƏT

05 Noyabr 2024 | 12:59

Güclü külək əsir - FAKTİKİ HAVA

Noyabrın 5-i saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında və Kəlbəcərdə 22 m/s-yə çatır. Bu narıncı xəbərdarlığa uyğundur.

Şəki, Şamaxı, Tovuzda 20 m/s, Goranboyda 19 m/s, Naftalan, Daşkəsən, Balakəndə 18 m/s, Tərtərdə 16 m/s, Zaqatalada 15 m/s təşkil edir. Bu isə sarı xəbərdarlıq deməkdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 9, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026