• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güləşçimiz reytinq turnirində qızıl medal qazandı

İDMAN

16 Iyul 2023 | 00:02 | Müəllif: Subhan Mahmudov

Güləşçimiz reytinq turnirində qızıl medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından Bakıvaxtı.az-a bildirilib ki, yarışın 3-cü günündə iki yunan-Roma güləşçimiz mübarizə aparıb.

Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində iranlı Omid Aramiyə 1:3 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşdə iştirak hüququ qazanan güləşçimiz qazaxıstanlı Aybek Sabirbekovla (10:1) macarıstanlı Erik Torbaya (8:0) qalib gəlib. Nihat bürünc medal uğrunda qarşılaşmada isə isveçli Vircil Bikaya heç bir şans tanımayıb – 10:0.

Murad Məmmədov (63 kq) moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuya (9:0), amerikalı Xavyer Consona (13:3) və litvalı Justas Petraviçyusa (5:1) qalib gələrək finala yüksəlib. O, finalda koreyalı Jinvunq Junqu 5:1 hesabı ilə üstələyərək turnirin qalibi olub.

Qeyd edək ki, Eldəniz Əzizli (55 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026