• Bakı 13° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Güllələnmiş cəsədlər tapıldı

DÜNYA

22 May 2024 | 08:26 | Müəllif: Qalib İbrahimoğlu

Güllələnmiş cəsədlər tapıldı

Meksikanın Gerrero əyalətində güllələndiyi müəyyən edilən 10 nəfərin cəsədi tapılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Meksikanın Gerrero əyalətinin İctimai Təhlükəsizlik Katibliyindən bildirilib.

Məlumata görə, cəsədlər Akapulko şəhərinin Emliano Zapata məhəlləsində tapılıb.

Hadisənin mütəşəkkil cinayət qruplarının hesablaşmaları nəticəsində baş verdiyi və bu şəxslərin tapança ilə öldürüldükdən sonra küçə kənarına atıldığı bildirilib.

Təhlükəsizlik qüvvələri şübhəlilərin tapılması üçün araşdırmalara başlayıb.

Sakit okean sahilində yerləşən Akapulko şəhəri narkotik ticarəti üçün tranzit məntəqə hesab olunur.

Təhlükəsizlik məlumatlarına görə, 2023-cü ildə Gerreroda zorakılıqlar nəticəsində 1890 nəfər ölüb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR