• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Gündüz Kərimov: Biz bu dövrdə yaşadığımız üçün xoşbəxt olmalıyıq

SİYASƏT

21 Fevral 2025 | 11:59

Gündüz Kərimov: Biz bu dövrdə yaşadığımız üçün xoşbəxt olmalıyıq

“İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etməsi bu mesajı ötürür ki, biz 30 ildə haradan haraya gəlmişik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov deyib.

Şöbə müdiri bildirib ki, 2024-cü ildə suverenliyimizi tam bərpa edərək 2025-ci ili “Konstitusiya və Suverenlik ili” kimi qeyd edirik.

“Bunların hər biri zəncirin vacib və ayrılmaz halqalarıdır. Biz çox xoşbəxt olmalıyıq ki, məhz bu dövrdə yaşayırıq”.

Mina Mikayılova


SON XƏBƏRLƏR