• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Gürcüstan - Azərbaycan sərhədində izolyasiya məntəqəsi yaradılıb

CƏMİYYƏT

20 Oktyabr 2021 | 20:42 | Müəllif: Subhan Mahmudov

Gürcüstan - Azərbaycan sərhədində izolyasiya məntəqəsi yaradılıb

Gürcüstan sərhədlərində dörd buraxılış məntəqəsində müvəqqəti izolyasiya zonaları yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Təcrid məntəqələrindən biri Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində qurulub. Burada koronavirusa yoluxduğu təsdiqlənən və ya yoluxma şübhələri olan şəxslər yerləşdiriləcək.

Bu gün Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” mətəqəsində yaradılan təcrid zonasının açılışı baş tutub.

Layihə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi əsasında həyata keçirilib.

Gəlirlər Xidmətindən qeyd olunub ki, qlobal pandemiya şəraitində izolyasiya məntəqələrinin yaradılması vətəndaşların sağlamlıqlarının təminatında vacib addımdır və eyni zamanda qanuni miqrasiyaya şərait yaradacaq.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026