Gürcüstanda son sutkada daha 2 103 nəfər koronavirusa yoluxub,
Bakıvaxt.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 936 min 844-ə çatıb.
Son 24 saatda ölkədə 60 nəfər isə COVID-19-dan ölüb. Bununla, Gürcüstanda koronavirusdan ölənlərin sayı 13 min 860-a yüksəlib.
















