• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ukraynadan Rusiyaya ÇAĞIRIŞ: "Qoşunlarınızı sərhəddən çıxarın"

DÜNYA

31 Yanvar 2022 | 09:39 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynadan Rusiyaya ÇAĞIRIŞ: "Qoşunlarınızı sərhəddən çıxarın"

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiyanı qoşunlarını Ukrayna sərhədlərindən çıxarmağa çağırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, bununla bağlı "Twitter" hesabında paylaşım edib.

Ukrayna ilə Rusiya arasında yaşanan gərginlikdən yazan nazir diplomatiyanın yeganə etibarlı yol olduğunu vurğulayıb.

"Rusiya hakimiyyəti müharibə istəməməkdə ciddidirsə, Rusiya diplomatik fəaliyyətini davam etdirməli və hərbi qüvvələrini Ukrayna sərhədlərindən və müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazilərindən çıxarmalıdır", - deyə XİN başçısı paylaşımında qeyd edib ("unikal.org").

Kuleba həmçinin İngiltərəyə Rusiyanı çəkindirmək üçün qlobal səylərə rəhbərlik etdiyinə görə təşəkkür edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026