• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Apple” Rusiyadakı rəsmi internet mağazasında məhsullarının satışını dayandırdı

DÜNYA

02 Mart 2022 | 02:04 | Müəllif: Qalib İbrahimoğlu

“Apple” Rusiyadakı rəsmi internet mağazasında məhsullarının satışını dayandırdı

"Apple" şirkəti Rusiyadakı rəsmi internet mağazasında məhsul almaq imkanını bloklayıb.

Bakıvaxtı.az-ın TASS-a istinadən məlumatına görə, bütün məhsulların "çatdırılma" bölməsində "hazırda mövcud deyil" yazısı qeyd olunur.

Qeyd olunub ki, rəsmi internet saytında iPhone, iPad, MacBook, Apple Watch, AirPods və smart ev məhsullarını sifariş etmək mümkün deyil.

Fevralın 24-də ABŞ Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə əlaqədar Rusiya üçün Amerika texnologiyasından istifadə etməklə mikroelektronika, o cümlədən avionika və təyyarə hissələrinin ixracı üçün icazələrin alınması qaydalarını sərtləşdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026