Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada zəlzələ baş verib.
Bakıvaxtı.az-ın apa-ya istinadla xəbərinə görə, bu barədə ABŞ Seysmologiya İnstitutu məlumat yayıb.
Zəlzələnin gücü Rixter şkalası ilə 6,8 bal, dərinliyi 10 km olub. Episentr Luayot 7500 nəfərin yaşadığı adalarında yerləşir.
Sunami xəbərdarlığı edilməyib.















