• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Armen Sarkisyan bu gün istefa qərarını dəyişməsə...

DÜNYA

31 Yanvar 2022 | 11:26 | Müəllif: Qalib İbrahimoğlu

Armen Sarkisyan bu gün istefa qərarını dəyişməsə...

"Ermənistan Prezidenti Armen Sarkisyan günün sonuna qədər istefa qərarını dəyişməsə, onun səlahiyyətlərinə xitam veriləcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamenti spikerinin mətbuat katibi Tsovinar Xaçatryan "RİA Novosti"yə bildirib.

Onun sözlərinə görə, bu halda Ermənistan liderinin səlahiyyətlərinə xitam verilməsini bildirən Milli Assambleya (parlament) sədrinin imzaladığı protokol sabah açıqlanacaq.

Qeyd edək ki, Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. Əsas səbəb kimi o, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026