Somalidə hər 5 nəfərdən biri, yəni 3,2 milyon insan quraqlıqdan əziyyət çəkir.
Bakıvaxtı.az-ın "Anadolu" agentliyinə istinadən xəbərinə görə, bu barədə Norveç Qaçqınlar Şurasının məlumatlarında yer alıb.
Qeyd olunub ki, Afrika ölkəsindəki quraqlıq soyuq mövsümdə proqnozlaşdırılandan daha az yağıntı səbəbindən təhlükəli həddə çatıb.
"2021-ci ilin əvvəlindən indiyədək Somalidə 4 milyondan artıq insan su və qida çatışmazlığı səbəbindən evlərini tərk edib. Humanitar yardımlar davam etsə də, resurs çatışmazlığı var", - deyə məlumatda vurğulanır.
Somalidə hər 5 nəfərdən biri quraqlıqdan əziyyət çəkir
DÜNYA
31 Yanvar 2022 | 04:29 | Müəllif: Qalib İbrahimoğlu

SON XƏBƏRLƏR
26 Noyabr 2026
16:02















