• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gürcüstan bankını ələ keçirən şəxs həbs edildi - VİDEO + YENİLƏNİB 

DÜNYA

20 Sentyabr 2022 | 21:47 | Müəllif: Qalib İbrahimoğlu

Gürcüstan bankını ələ keçirən şəxs həbs edildi - VİDEO + YENİLƏNİB

Gürcüstanın Kutaisi şəhərində "Bank of Georgia"nın yerli filialına silahlı hücum edən şəxs həbs edilib.

Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, girov götürülən 12 nəfər xilas edilib.

Bankın yerləşdiyi küçədə nəqliyyatın hərəkəti bərpa olunub. 

 

***13:52

Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nın Kutaisi filialında girov götürülənlərlə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxslər 12 nəfəri girov götürüb. 

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz azad olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər.

 

***13:04

Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs Gürcüstan Bankı-nın filialına daxil olaraq bir neçə nəfəri girov götürüb.

Bakıvaxtı.az apa-ya istinadla xəbətr verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Hadisə şahidlərinin “Mtavari Arxi” telekanalına verdiyi məlumata görə basqını törədən maskalı şəxsin banka daxil olmasından sonra atəş səsi eşidilib. Bank filialının içərisində işçilər də daxil olmaqla, 10-a yaxın adamın olduğu bildirilib.

Bildirilib ki, hadisə ilə əlaqədar polis xüsusi əməliyyata başlayıb, bank mühasirəyə alınıb və ətrafında hərəkət məhdudlaşdırılıb.

Silahlı şəxslərin mediaya ötürdükləri vidoda onların girovların azadlığa buraxılması müqabilində 2 milyon dollar tələb etdikləri bildirilir. Yayılan görüntülərdə basqını törədən şəxsin üzərində partlayıcı olduğu ehtimal edilən qurğu görünür.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026