• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanda siyasi dəyişiklik: Qaribaşvilidən fərqli olaraq...

SİYASƏT

08 Fevral 2024 | 15:38 | Müəllif: Qalib İbrahimoğlu

Gürcüstanda siyasi dəyişiklik: Qaribaşvilidən fərqli olaraq...

“Gürcüstanın siyasi elitasındakı dəyişikliklərin, ilk növbədə, daxili siyasi səbəblərə görə baş verməsi göz qabağındadır”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında gürcü politoloq Gela Vasadze deyib.

Analitik Gürcüstanda hakimiyyət dəyişikliyindən, o cümlədən yeni iqtidarın Azərbaycanla münasibətlərindən söz açıb.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefa verməsindən sona ölkənin hökumət kabinəsində köklü dəyişiklərin olması gözənilir. Ehtimallara görə, parlamentin sabiq spikeri, hazırda isə hakim “Gürcü arzusu” fraksiyasının rəhbəri İrakli Kobaxidze Gürcüstanın yeni Baş naziri ola bilər.

G.Vasadze isə əlavə edib ki, ötən ilin iyul ayından dövlət artıq siyasi sferasını dəyişməyi qərara alıb:

“Qaribaşvilidən fərqli olaraq xarici siyasətdə daha loyal münasibətlərə sahib olan Kobaxidzenin Baş nazir kürsüsünə gətirilməsi uzun müddətdir təklif edilirdi. Hətta Bidzina İvanişvili də bu barədə fikirlərini bölüşmüşdü. Çünki onun siyasi gücü Qaribaşvilidən daha effektiv görünürdü”.

“Gürcüstanın Azərbaycan hökuməti ilə münasibətlərinə gəlincə, biz bilirik ki, oradakı seçkilər  uğurla keçdi, Prezident Əliyev yenidən dövlət başçısı seçildi. Azərbaycanda yeni hökumətin konfiqurasiyası necə olacağını da biz bilmirik. Bilmirik ki, kimlər öz mövqelərini qoruyub saxlayacaq, yaxud kimlər gedəcək qısacası, nələr olacağından xəbərsizik.

Lakin buna baxmayaraq, düşünürəm ki, əsas məsələlər və prinsiplər dəyişməyəcək. Bu gün Gürcüstanla Azərbaycan arasında strateji əlaqələr təmin edilir. Biz Transxəzər və digər layihələrdə Azərbaycanla əməkdaşlıq edirik. İnanıram ki, bu əməkdaşlığın perspektivi gələcəkdə davam edəcək”, - deyə Gela Vasadze fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026