• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gürcüstanın Baş naziri Əli Əsədovu təbrik edib

SİYASƏT

19 Oktyabr 2021 | 17:34 | Müəllif: Subhan Mahmudov

Gürcüstanın Baş naziri Əli Əsədovu təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova ölkəmizin müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən məlumata görə, məktubda İ.Qaribaşvili Gürcüstanın iki ölkə arasında əsrlər boyu formalaşmış dostluq əlaqələrinə və strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.

Vurğulanıb ki, Gürcüstan hər iki ölkənin və regionun rifahı naminə Azərbaycan ilə mövcud yüksək səviyyəli strateji tərəfdaşlığı və dostluq münasibətlərini daha da dərinləşdirməyə və inkişaf etdirməyə hazırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR