• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Lavrov Ann Linde ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

SİYASƏT

18 Noyabr 2021 | 16:58 | Müəllif: Subhan Mahmudov

Lavrov Ann Linde ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da Moskvada ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə təşkilatın Qarabağda vəziyyətin tənzimlənməsinə yardımını müzakirə edəcək.

Bakıvaxtı.az bu barədə Rusiya XİN-ə istinadən məlumat verir.

Görüş zamanı, həmçinin ATƏT-in Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrində vasitəçiliyi ilə bağlı məsələlərin müzakirəsi də nəzərdə tutulub.

Bundan başqa, ATƏT-in üzv dövlətlər üçün ümumi problem olan transmilli təhdidlər, terrorçuluq, qanunsuz narkotik dövriyyəsi, transsərhəd mütəşəkkil cinayətkarlıq, kibercinayətlər, insan alveri ilə mübarizədə rolunun artırılması məsələsi müzakirə olunacaq.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR