• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Tərtər işi" ilə bağlı qərəzli məlumat yayanlara XƏBƏRDARLIQ

SİYASƏT

18 Dekabr 2021 | 11:57 | Müəllif: Qalib İbrahimoğlu

"Tərtər işi" ilə bağlı qərəzli məlumat yayanlara XƏBƏRDARLIQ

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti "Tərtər işi" ilə bağlı birgə məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, birgə məlumatda "Tərtər işi" ilə bağlı  qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslərə xəbərdarlıq edilib.

Bildirilib ki, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR