• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Azərbaycan bölgədə sülh quruculuğuna hədəflənib" - Ceyhun Bayramov

SİYASƏT

17 Dekabr 2021 | 20:53 | Müəllif: Subhan Mahmudov

"Azərbaycan bölgədə sülh quruculuğuna hədəflənib" - Ceyhun Bayramov

Münaqişədən sonra Azərbaycan bölgədə sülh quruculuğu, sabitlik və dayanıqlı inkişafa hədəflənib.

Bakıvaxtı.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbulda deyib.

Nazir, azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı quruculuq işlərindən danışaraq, dost və tərəfdaş ölkələrin bərpa və quruculuq prosesində ölkəmizə dəstək olmasını minnətdarlıqla qeyd edib.

Azərbaycanın bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək və beynəlxalq platformalarda fəal iştirak etmək siyasətinin qarşıdan gələn ildə də uğurla həyata keçiriləcəyini söyləyən nazir Ceyhun Bayramov diplomatik korpusa səmərəli diplomatik fəaliyyətlərinə görə təşəkkür edib və onları Yeni 2022-ci il münasibətilə təbrik edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026