"O Səs Türkiyə" yarışması ilə ekranlara qayıtmağa hazırlaşan Hadisə klipi üçün verdiyi pozalarla gündəm oldu.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir kİ, tələsik ailə quran və qalmaqallaı şəkildə boşanan Hadisə son zamanlar həm eşq həyatı, həm də paylaşımları ilə diqqət çəkir.
İş adamı Mehmet Dinçerlərlə evlənən və bu evliliyi 5 ay sonra bitirən Hadisə, onun paylaşımlarına mənfi şərhlər yazan və mesajlarını açıqlayan Bircan Bali, Seren Serengil və Artoya qarşı da iddia qaldırıb.
Bu xəbərlə son dönəmdə adından bəhs etdirən Hadisə, növbəti paylaşımı ilə yeni qalmaqala yol açır. Belə ki, məşhur müğənni ombasının fotosunu aylaşaraq "İlanlar arxamca danışır" yazıb.
Hadisənin bu paylaşımı sosial mediada gündəm olub.
Bu postu görənlər "Bunu demək üçün ombanı paylaşmağa ehtiyac yoxdu", "Totoma danışmaq istəyirdi", "Hadisə nə demək istəyirsən" şərhlərini yazıblar.
Murad Məmmədli



















