• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hakan Fidan Ararat Mirzoyanla görüşdü

DÜNYA

01 Mart 2024 | 20:45 | Müəllif: Subhan Mahmudov

Hakan Fidan Ararat Mirzoyanla görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalyada diplomatik forum çərçivəsində görüş keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir.

Görüş zamanı ölkələr arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub. Tərəflər münasibətlərin tam nizamlanmasına hazır olduqlarını təsdiqləyiblər.

Bu istiqamətdə konkret addımlar barədə də fikir mübadiləsi aparılıb. Nazirlər həmçinin beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Görüşdə iki ölkənin münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri də iştirak ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026