• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hakimlərin Seçki Komitəsinə yeni sədr seçildi

CƏMİYYƏT

15 Iyul 2023 | 09:53

Hakimlərin Seçki Komitəsinə yeni sədr seçildi

2023-cü ilin iyulun 14-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

Hakimlərin Seçki Komitəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Məhkəmə-Hüquq Şurasının 13 iyul tarixli iclasında Komitəyə yeni seçilmiş üzvlər təqdim olunub, onlara fəaliyyətlərində uğurlar arzu edilib.

Sonra Komitə üzvlərinin yekdil səsi ilə Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Hakimlərin Seçki Komitəsinin sədri seçilib.

İclasda həmçinin, hakimliyə namizədlərin imtahan prosesi ilə bağlı cari tədbirlər müzakirə edilib, bəzi təşkilati məsələlərə baxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026