• Bakı 25° C

    9.25 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Hamburq limanı ərazisində güclü yanğın baş verib

DÜNYA

26 Avqust 2025 | 00:28

Hamburq limanı ərazisində güclü yanğın baş verib

Almaniyanın ən böyük limanı olan Hamburq limanı yaxınlığındakı anbarda güclü yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, Feddel rayonundakı fövqəladə vəziyyət zonasında partlayış səsləri eşidilib. Yanğın barədə ilk məlumat 15:31 (Bakı vaxtı ilə 17:31) radələrində daxil olub. Yanğın əvvəlcə avtomobili əhatə edib, sonra qaz balonlarına keçib və partlayış baş verib. Partlayış nəticəsində xəsarət alanlar var.

Hazırda magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Yerli sakinlərə pəncərə və qapıları bağlamaq, havalandırma sistemlərini və kondisionerləri söndürmək tövsiyə olunub. Əsas dəmiryol stansiyası ilə Harburq rayonu arasında qatarların hərəkəti dayandırılıb.


SON XƏBƏRLƏR

25 Avqust 2025