• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək

GÜNDƏM

30 Aprel 2021 | 11:04

Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclasının Bakıda keçirilməsi gözlənilir.

Bakıvaxtı.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə baş tutacaq proses gələn həftəyə təyin edilib.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026