• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan Ordusunda Respublika Günü qeyd olundu

GÜNDƏM

28 May 2021 | 21:01

Azərbaycan Ordusunda Respublika Günü qeyd olundu

28 may - Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Bakıvaxtı.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub.

Eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları ziyarət edilib, abadlıq işləri aparılıb.

Hərbi hissələrdə bayram konsertləri, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlər keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026