• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Həftənin ən yaxşı oyunçusu seçildi

İDMAN

28 Oktyabr 2023 | 11:57 | Müəllif: Subhan Mahmudov

Həftənin ən yaxşı oyunçusu seçildi

"Porto"nun braziliyalı hücumçusu Evanilson Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Evanilson H qrupunun 3-cü turunun matçında het-trik edərək komandasının Belçikanın "Antverpen" klubunu 4:1 hesabı ilə məğlub etməsinə kömək edib.

Həmin görüşdə kanadalı yarımmüdafiəçi Stiven Eustakiu "Porto"nun qolunu vurub, komandanın hücumçusu Mehdi Taremi isə dubl edib.

Xatırladaq ki, Evanilsondan başqa, bu ada namizədlər arasında London "Arsenal"ının hücumçusu Qabriel Jezus və "Red Bull Leypsiq"in müdafiəçisi David Raum da var idi./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026