"İki gundur özümü pis hiss etdim və test verdim, pozitiv oldu".
Bakıvaxtı.az xəbər verir ki, bunu koronavirusa yoluxmuş pediatr Aytən İsmayılzadə bildirib.
Pediatr bildirb ki, xəstəliyin əlamətlərə görə "Omikron" ştamıdı deyilir: "İndi bu, "Omikron"dusa kovid testi niyə pozitiv verir, Koviddisə bəs 2 "Pfizer" peyvənd niyə immunitet yaratmadı? Anticisim səviyyəm isə 1874. Elə də yüksək deyil. İndi mən özümü tam peyvəndsiz kimi hiss edirəm, çunki kifayət qədər görünən əlamətlərlə xəstəliyi keçirirəm".
A.İsmayılzadənin sözlərinə görə, müalicədə heç nəyin mütləq təsiri yoxdu deyilsə də, yüksək doza vitamin C və biotənzimləyici terapiyadan, antitromb vasitə istifadə edir: "Öskurəyi kəsməyə, hərarəti həmən salmağa cəhd etməyin. Cəhdləriniz zərərinizə olar. Minimum bədən ağrılarına görə aktiv hərəkət etmirik və enerjimizi immunitetin mubarizəsi üçün saxlayırıq. Evdə özunuzdə pozitiv olarsa, uşaqları bir həftə, on gun məktəbə göndərməyin. Onlarda əlamətləri izləyin".
















