• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Həkimdən bədbin açıqlama: “Ümidim vaksinasiyadır” - VİDEO

CƏMİYYƏT

29 Aprel 2021 | 15:27

Həkimdən bədbin açıqlama: “Ümidim vaksinasiyadır” - VİDEO

Gündəlik yoluxma sayı 14 gün ərzində azalmağa doğru davam edərsə, yumşaldılmalar haqqında danışa bilərik.

Bakıvaxtı.az xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib.

O bildirib ki, yoluxma sayının aşağı düşməsi sevindirici haldır:

“Pandemiyada qayda var ki, heç bir tədbir görülməsə belə, dalğalanma hər zaman olacaq. Yəni gündəlik yoluxma sayında azalma və ya artım müşahidə olunacaq. 

Biz 14 gün ərzində ciddi azalmalar görsək, yumşaldılma haqqında danışa bilərik. Lakin düşünürəm ki, vaksinasiya 80 faizə çatmadığı müddətdə yumşaldılma tədbirlərinə getmək doğru deyil. Çünki Türkiyədə də oxşar vəziyyət oldu. Yoluxma sayında bir müddət stabil rəqəmlər müşahidə etdik, daha sonra isə azalma qeydə alındı. Bu səbəbdən yumşaldılmalara gedildi və nəticədə gündəlik yoluxmada ciddi artım baş verdi. Yəni yoluxmanın azalması pozitiv dinamikadır. Amma bu, bizim tamamilə rahatlaşacağımız demək deyil. Ən böyük ümidim vaksinasiyadır. Bütün dünya bunu deyir”. 

Həkim onu da qeyd edib ki, peyvəndlənmə prosesini sürətləndirilməsinə və əhali arasında peyvəndə olan münasibətin dəyişməsi üçün müəyyən işlər görülməsinə ehtiyac var. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026