• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

HƏMAS-ı yeni müharibə ilə hədələdi

DÜNYA

12 Fevral 2025 | 22:38 | Müəllif: Subhan Mahmudov

HƏMAS-ı yeni müharibə ilə hədələdi

Fələstinin HƏMAS hərəkatı şənbə günü girovları azad etməsə, Qəzza zolağında müharibə daha intensiv şəkildə davam edəcək. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Kats deyib.

"Həmas şənbə gününə qədər oğurlanan israilliləri azad etməsə, ABŞ prezidentinin söz verdiyi kimi, cəhənnəmin qapıları onların üzünə açılacaq. Qəzzada yeni müharibə intensivliyinə görə atəşkəsdən əvvəlkindən fərqli olacaq və HƏMAS məğlub olmadan, girovlar azad olunmadan bitməyəcək", - Katts hərbçilərlə görüşdə deyib.

Nazir əlavə edib ki, Qəzzada yeni müharibə də ABŞ prezidenti Donald Trampın Fələstin anklavı ilə bağlı ideyalarını həyata keçirməyə imkan verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026