• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

HƏMAS-İsrail müharibəsi: Böhran daha da dərinləşəcək - AÇIQLAMA

DÜNYA

09 Oktyabr 2023 | 16:12 | Müəllif: Qalib İbrahimoğlu

HƏMAS-İsrail müharibəsi: Böhran daha da dərinləşəcək - AÇIQLAMA

Oktyabrın 7-də Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub.

Qəfil hücumlar HAMAS-ın Əl Kassam qruplaşması tərəfindən həyata keçirilib. Nəticədə yüzlərlə insan həyatını itirib, minlərlə sivil yaralanıb. Tel-Əvivdə ciddi panika yaşanıb və yəhudilər ölkəni tərk etməyə başlayıblar. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb. İsrail Qəzzaya hava hücumları edərək, “indiyədək heç vaxt ödəmədiyi bədəl” ödətdirəcəyini bildirib.

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, son vaxtlar regionda cərəyan edən proseslər çox gərgin idi, hadisələr mənfi istiqamətdə inkişaf edirdi.

Analitikə görə, gərginlik həm İran-İsrail münasibətləri, eyni zamanda İran-ABŞ münasibətlərinin pisləşməsi ilə bağlı idi: "Həmçinin, digər kənar oyunçuların fəallığı da müşahidə olunurdu. İsrailin ərəb ölkələri ilə yaxınlaşması ilə yanaşı, İranın da ərəb ölkələri ilə pozulmuş münasibətlərinin bərpası prosesi gedirdi. Lakin bu proseslər bir-birinə tərs mütənasib idi. Məsələ ondadır ki, prosesin birinin arxasında, yəni İsrailin ərəb ölkələri ilə yaxınlaşmasının arxasında Amerika Birləşmiş Ştatları, digərinin - İranla ərəb ölkələrinin yaxınlaşmasının arxasında isə Çin dayanırdı”.

Onun sözlərinə görə, hazırkı münaqişə də bu prosesin nəticəsi olaraq yaranıb: “Nəzərə alaq ki, ABŞ-ın vasitəçiliyi ilə İsraillə Səudiyyə Ərəbistanı arasında danışıqlar gedirdi. İran hesab edirdi ki, əgər İsrail bütün ərəb qonşuları ilə münasibətlərini yaxşılaşdırsa, növbəti hədəf İrana qarşı addımlar olacaq. Ona görə də qarşısını almaq üçün öz proksi qüvvələrini hərəkətə gətirdi və HAMAS İsrailə raketlər atmağa başladı”.

İlqar Vəlizadə, politoloq

Müsahibimiz börhanın daha da dərinləşəcəyi istisna etmir. Dediyinə görə, İranın məqsədi odur ki, İsrailin müsəlman ölkələri ilə əlaqələri normallaşmasın və pozulsun. Tehran çalışır ki, regionda təklənmiş İsrailin anti-İran planları puça çıxsın: “İsrailin isə qayəsi terrorçu qrupları təmizləmək və İranın regiondakı şəbəkəsini ləğv etməkdir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR