• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Hərbi cinayətlərlə bağlı ciddi araşdırmalar aparılmalıdır - Asim Mollazadə

SİYASƏT

27 May 2022 | 12:25 | Müəllif: Qalib İbrahimoğlu

Hərbi cinayətlərlə bağlı ciddi araşdırmalar aparılmalıdır - Asim Mollazadə

“1994-cu ildə “Humans Rights Watch” təşkilatının hesabatında azərbaycanlı əsirlərlə bağlı araşdırmalarda onların orqanlarının çıxarıldığı məsələsi qeyd olunub”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə deputat  Asim Mollazadə Milli Məclisin bugünkü plenar iclasında bildirib.

Onun sözlərinə görə, həmin vaxt dərc olunan hesabat sonradan bütün internet resurslarından çıxarılıb: “Düşünürəm ki, törədilən hərbi cinayətlərlə bağlı ciddi araşdırmaları davam etdirməliyik. Azərbaycan hüquq-mühafizə orqanları bu məsələni yenidən qaldırmalıdır və hərbi cinayətlər törətmiş erməni cəlladları beynəlxalq tribunada məsuliyyətə cəlb olunmalıdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026