• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Hersoqun Bakı səfəri nə verdi?

SİYASƏT

01 Iyun 2023 | 16:32

Hersoqun Bakı səfəri nə verdi?

Azərbaycanla İsrail arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bunu Azərbaycanın mart ayında İsraildə səfirliyinin açılması, İsrail prezidenti İshaq Hersoqun ölkəmizə səfəri də sübut edir. Siyasilər Hersoqun səfərini tarixi səfər kimi dəyərləndirlər.

Musa Qasımlı: “İsrail Prezidenti İshaq Hersoqun ölkəmizə rəsmi səfəri böyük əhəmiyyət daşıyır”

Deputat Musa Qasımlı Bakıvaxtı.az-a deyib ki, İsrail prezidentinin ölkəmizə rəsmi səfəri həm ikitərəfli münasibətlər, həm də beynəlxalq məsələlər baxımından böyük əhəmiyyət daşıyır.  Onun sözlərinə görə, səfər zamanı imzalanan sənədlər, aparılan müzakirələr dövlətlərimiz və xalqlarımız arasında əməkdaşlıqda yeni istiqamətlər açır, potensialdan istifadə etməyə imkan yaradır. Deputat hesab edir ki, bu səfərdən sonra müdafiə sənayesi sahəsində əməkdaşlıq daha da dərinləşdiriləcək, ticarətin şaxələndirilməsindən ötrü müvafiq addımlar atılacaq.

M.Qasımlı vurğulayıb ki, iki ölkə arasında səhiyyə, kənd təsərrüfatı elm və texnika sahələrində əməkdaşlığın yaxşı perspektivləri var: “Dövlət başçılarının mətbuata verdiyi bəyanat münasibətlərimizin səviyyəsini göstərir. İsrail prezidentinin Azərbaycanın regionda və dünyada güclü təsirinin olmasını söyləməsi gerçəkliyi özündə əks etdirir. Soruşulur: Azərbaycan nəyin sayəsində regional və beynəlxalq təsir gücünə malik olan bir dövlət çevrilib? Heç şübhəsiz bu, cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsində mümkün olub”. “Azərbaycan-İsrail münasibətləri milli-dövlət maraqlarımıza cavab verir, yaxın, orta şərqdə münaqişənin yumşaldılmasına da təsir göstərir”, - deyə Musa Qasımlı vurğulayıb.

Azər Badamov: “Bu səfər ölkələrimiz arası strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək”

Səfəri Bakıvaxtı.az-a şərh edən deputat Azər Badamov hesab edir ki, İsrail prezidentinin ölkəmizə səfəri ölkələrimiz arası strateji tərəfdaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. Deputat qeyd edib ki, İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir: “Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu bünövrə Prezidnt İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir”.

Onun sözlərinə görə, uzun illərdir ki, Azərbaycanda yəhudilər çox rahat şəkildə yaşayırlar: “Azərbaycanda yaşayan yəhudilər ölkəmizin ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak edib və vətəni Azərbaycanın yolunda canlarından keçiblər. Ölkəmizdəki yüksək tolerantlıq, bütün millətlərin və dini konfensiyaların dostluq şəraitində yaşaması dünyaya nümunədir. İsrail dövləti ölkəmizdəki bu tolerant mühiti çox yüksək dəyərləndirir”.

 

Turab Rzayev: "Azərbaycan və yəhudi lobbisi bir çox hallarda paralel şəkildə fəaliyyət göstərir"

"Bizim İsraillə kifayət qədər dərin və hərtərəfli əlaqələrimiz var. Bu isə mediada və ictimaiyyətdə bilinən mənzərədən daha yuxarı səviyyədədir".

Bunu isə Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, hətta ölkə başçısı çıxışlarından birində demişdi ki, İsrail Azərbaycana əlaqələri aysberqə bənzəyir: "Onun yalnız onda biri görünür, onda doqquzu isə suyun altındadır. Digər tərəfdən ABŞ-da və dünyanın müxtəlif ölkələrində yer alan İsrail lobbisi də Azərbaycanın maraqlarını müdafiə edir. Həmçinin Azərbaycan və yəhudi lobbisi bir çox hallarda paralel şəkildə fəaliyyət göstərir. Azərbaycanda isə yəhudi icması var və bu icma rahat və təhlükəsiz şəkildə ölkədə fəaliyyət göstərir. Hətta dövlət tərəfindən də onlar qayğı göstərilir".

Analitik qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılmasından sonra iki ölkə arasındakı əlaqələr daha da güclənib: "Artıq əməkdaşlıqlar daha aydın şəkildə müşahidə olunur. Belə ki, İsrail rəhbərliyi dəfələrlə rəsmi Bakını dəstəkləyən mesajlar yayımlayıb. Azərbaycan parlamenti isə onlar təşəkkür məktubu ünvanlayıb. İndi İsrail Prezidentinin səfəri də bu əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Düşünürəm ki, rəsmi Təl-əviv bundan sonra da, Bakının xarici siyasətində və təhlükəsizlik strategiyasında xüsusi rola malik olacaq. Yəni biz hər zaman Bakının müttəfiqləri sırasında İsrailin adını görəcəyik".

Cavad


SON XƏBƏRLƏR

25 Aprel 2024