Paytaxtın dənizkənarı Bulvar ərazisində Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş konsert keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, konsertdə xalq artistləri Mənsum İbrahimov, Aygün Kazımova, Röya Ayxan və b. çıxış edib.
Konsert proqramı atəşfəşanlıqla yekunlaşıb.
20:57
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı bulvarında (Dənizkənarı Milli Parkda) konsert proqramı başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, konsertin sonunda atəşfəşanlıq olacaq.
















