• Bakı 12° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Bakının mərkəzində silsilə oğurluqlar edən tutuldu

CƏMİYYƏT

09 Iyun 2023 | 20:31

Bakının mərkəzində silsilə oğurluqlar edən tutuldu

Bakıda silsilə oğurluqlar edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 453 manat, bank kartları və sənədləri olan cüzdanı, "Hyundai" markalı bir avtomobildən isə mobil telefon oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəbrayılov saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması da məlum olub.

 


SON XƏBƏRLƏR

27 Mart 2024