• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Hikmət Hacıyev Aİ səfirləri ilə görüşdü

CƏMİYYƏT

19 Iyul 2023 | 16:18

Hikmət Hacıyev Aİ səfirləri ilə görüşdü

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "Twitter" hesabında bildirib.

“Ədalətli və dayanıqlı sülhə gedən yol barəsində Aİ və tərəfdaşlarla dəyərli müzakirələrə görə Hikmət Hacıyevə təşəkkür edirəm.

Almaniya hər iki münaqişə tərəfinin oraya mümkün qədər tez çatması üçün dəstək verməyə sadiqdir”, - alman diplomat qeyd edib.

Qeyd edək ki, görüşdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara, Türkiyə səfiri Cahit Bağçı və Böyük Britaniya səfirinin müavini də iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026