• Bakı 22° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Hikmət Hacıyev və Corc Dik arasında görüş oldu

SİYASƏT

27 Yanvar 2023 | 15:47

Hikmət Hacıyev və Corc Dik arasında görüş oldu

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə israilli diplomat tviterdə yazıb.

O, görüşdə vacib müzakirələr aparıldığını qeyd edib: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bildirdim”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026