• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hikmət Hacıyevdən Laçın Şəhəri Günü ilə bağlı paylaşım

SİYASƏT

26 Avqust 2023 | 17:34 | Müəllif: Subhan Mahmudov

Hikmət Hacıyevdən Laçın Şəhəri Günü ilə bağlı paylaşım

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Laçın Şəhəri Günü ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, Prezidentin köməkçisi Azərbaycanın 8 ayda Laçını yenidən dirçəltməsinə diqqət çəkib:

“26 avqust - Laçının qurtuluş günü Prezident İlham Əliyevin Sərəncamı ilə Laçın Şəhəri Günü kimi qeyd olunur. Ermənistan tərəfindən işğal olunmuş Laçın 30 il ərzində dağıdılıb, vandalizmə məruz qalıb. Danışan fotolar! Bunlar Laçının dirçəldilməsi üçün Azərbaycan tərəfindən 8 ay davam edən yenidənqurma işlərinin nəticəsidir”,- paylaşımda bildirilib.


Hikmət Hacıyevdən Laçın Şəhəri Günü ilə bağlı paylaşım
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR