• Bakı 17° C

    0.85 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Hindistanda avtobus çaya düşdü - 6 nəfər öldü

DÜNYA

30 Sentyabr 2021 | 09:47

Hindistanda avtobus çaya düşdü - 6 nəfər öldü

Hindistanın Mehxalaya ştatında sərnişin avtobusunun çaya düşməsi nəticəsində 6 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Bu barədə Bakıvaxtı.az TASS agentliyinə istinadən xəbər verir.

Hadisə gecə saatlarında Tura-Şillonq yolunda baş verib.

Sərnişin avtobusunun sürücüsü yolun mürəkkəb hissəsində idarəetməni itirib və maşın yarğandan Rinqdi çayına yuvarlanıb. Hadisə yerinə xilasetmə briqadası və xüsusi xidmət əməkdaşları gəliblər, xəsarət alanlara yardım göstərilib.

Polis hadisənin baş vermə səbəblərini araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR