• Bakı 23° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Hindistandakı yanğında 15 nəfər öldü

CƏMİYYƏT

22 Iyun 2026 | 17:46

Hindistandakı yanğında 15 nəfər öldü

Hindistanın şimalındakı Lakhnau şəhərində yerləşən tədris mərkəzində baş verən güclü yanğın nəticəsində 15 nəfər həlak olub.

Bakıvaxtı.az Hindistan mediasına istinadən xəbər verir ki, yerli xəstəxanada bu məlumatı təsdiqləyiblər.

Mövcud məlumatlara görə, kommersiya obyektinin daxilində baş verən yanğın sürətlə yayılıb və bir saatdan çox davam edib.

Hadisənin şahidləri qeyd ediblər ki, bir neçə nəfər özünü binanın pəncərələrindən aşağı atıb, bir qismi isə yanğın başlayandan sonra binada köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə polis və yanğından mühafizə xidmətinin əməkdaşları gəliblər, həmçinin ölkənin Baş naziri Narendra Modi və digər rəsmilər də yanğın yerinə baş çəkiblər.

Yanğın lokallaşdırılıb, hazırda onun söndürülməsi istiqamətində işlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR