Hindistanda yaşayış binası uçub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Mumbay şəhərinin Kurla rayonunda qeydə alınıb. Belə ki, 4 mərtəbəli binanın uçması nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda ilkin tibbi yardım və polis qrupları göndərildikdən sonra bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb.
Rəhbərlik qəzada həyatını itirənlərin ailələrinə lazımi yardım göstəriləcəyini, yaralıların pulsuz müalicə olunacağını bildirib.
Qəzanın səbəbləri araşdırılır.
Aytac Aslan

















