• Bakı 23° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Hindistanda leysan 66 nəfərin ölümünə səbəb olub

DÜNYA

16 Avqust 2023 | 13:30 | Müəllif: Subhan Mahmudov

Hindistanda leysan 66 nəfərin ölümünə səbəb olub

Hindistanın şimalında leysanın səbəb olduğu dağıntılar nəticəsində azı 66 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Hindistanın şimalındakı Himçal-Pradeş və Uttarxand ştatları avqustun 13-ü və 14-də güclü yağışlara məruz qalıb. Güclü yağış torpaq sürüşməsinə və evlərin dağılmasına səbəb olub.

Meteoroloqlar avqustun 19-dək rayonda yağışlı hava şəraitinin olacağını proqnozlaşdırırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026