Amerikalı milyarder İlon Maskın Tayvanın Çinin bir hissəsi olması ilə bağlı açıqlaması Taybeydə sərt reaksiyalarla qarşılanıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Tayvan xarici işlər naziri Cozef Vu İlon Maska “Tayvan satılmır” sözləri ilə cavab verib.
Cozef Vu Maska məxsus sosial media platforması “X”-da "Qulaq as, Tayvan Çin Xalq Respublikasıın bir hissəsi deyil və satılmır!" deyib.
Qeyd edək ki, bu həftə keçirilən işgüzar sammitdə Mask Tayvanı Havay ilə müqayisə edərək Çinin “ayrılmaz hissəsi” adlandırıb. Maskın Çində biznes maraqları var.
Əlavə olaraq, bu, Maskın şərhləri ilə Tayvan hökumətini qəzəbləndirdiyi ilk hadisə deyil. Belə ki, o, oktyabr ayında Çinə Tayvan üzərində müəyyən nəzarət verməklə Pekin və Taybey arasındakı gərginliyin həll oluna biləcəyini təklif etmişdi. Daha sonra “Financial Times” qəzetinə verdiyi müsahibədə iki hökumətin razılığa gələ biləcəyinə inandığını söyləmişdi.
Bu sözlərə görə, Çinin ABŞ-dakı səfiri Maskı tərifləsə də, tayvanlı həmkarı Vuya bənzər bir şəkildə cavab verib: “Azadlıq “satılmır””.
Ay Tac















